İŞİD lideri öldürüldü - yeni rəhbər seçildi

İŞİD terror təşkilatının lideri Əbu əl-Həsən əl-Haşimi əl-Qüreyşi döyüşlər zamanı öldürülüb. SİA xəbər verir ki, bu barədə terrorçuların rəsmi teleqram kanalı məlumat yayıb.

Terrorçu liderin hansı döyüşlərdə öldürüldüyü barədə açıqlama verilməyib.

Bildirilir ki, onun əvəzinə qrupun yeni lideri olaraq Əbu əl-Hüseyn əl-Hüseyni əl-Qureyşi seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə