Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları uzadıb

Bu arada London Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısına 22 yeni bənd də əlavə edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri krallığın Xarici İşlər Nazirliyi yayıb.

Beləliklə, Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısına baş nazirin müavini, Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov, Federal Penitensiar Xidmətin direktoru Arkadi Qostev, Rusiya Federasiyası MSK-nın rəhbəri Ella Pamfilovanın da adları daxil edilib.

Bundan başqa, Rusiya Federasiyasının vilayətlərinin hərbi komissarları və Rusiya vilayətlərinin rəhbərləri də Britaniyanın sanksiya siyahısına daxil edilib.

Xatırladaq ki, bu günə qədər Londonun sanksiyaları 1,2 mindən çox fiziki, 120 isə hüquqi şəxsə təsir edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə