Mövlud Çavuşoğlu da Polşaya gedir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Xarici İşlər Nazirlərinin 29-cü iclasında iştirak etmək üçün bu gün Polşanın Lodz şəhərinə gedəcək. SİA xəbər verir ki, bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, toplantı dekabrın 1-2-də keçiriləcək.

İclasda ATƏT-in gündəliyində olan məsələlər, xüsusilə Ukraynadakı müharibə müzakirə olunacaq.

Toplantı çərçivəsində M.Çavuşoğlunun həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə