Belarusun XİN rəhbəri bu gün Minskdə dəfn olunub

Noyabrın 26-sı qəfil dünyasını dəyişən Belarusun XİN rəhbəri bu gün Minskdə dəfn olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Makeylə vida mərasimində ölkə Prezidenti Vladimir Lukaşenko, XİN və digər dövlət nümayəndələri iştirak edib.

Xatırladaq ki, ölkə mediasında yer alan məlumata görə, 64 yaşlı Makey infarktdan dünyasını dəyişib. Bununla belə, media və sosial şəbəkələrdə XİN rəhbərinin sui-qəsd nətiəcində öldürüldüyü ilə bağlı şayiələr də dolaşır. Bununla belə, Belarus rəhbərliyi Makeyin dünyasını dəyişməsi ilə bağlı hələ ki açıqlama yaymayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə