Belarusda Rusiyanın daha bir baş konsulluğu açılacaq

Rusiyanın baş naziri Mixail Mişustin Belarusun qərbindəki Qrodno şəhərində Rusiya Federasiyasının Baş Konsulluğunun açılması haqqında fərman imzalayıb.

SİA bu barədə rus saytlarına istinad edir.

"Rusiya Federasiyasının Qrodno şəhərində Baş Konsulluğu açılsın", - hüquqi məlumatların rəsmi internet portalında dərc olunan sənəddə deyilir.

Sənəddə deyilir ki, Baş Konsulluğun açılması və saxlanması xərcləri Rusiya Xarici İşlər Nazirliyinin ehtiyacları üçün ayrılan büdcə vəsaiti hesabına həyata keçiriləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə