"Türk Hava Yolları (THY) dekabr ayında Türkmənistanın paytaxtı Aşqabad şəhərinə uçuşlara başlayacaq".
SİA-nın əldə etdiyi məlumata görə, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistan Nazirlər Şurasının sədr müavini və xarici işlər naziri Rəşid Meredovla paytaxt Ankarada görüş keçirdikdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.
Çavuşoğlu qeyd edib ki, Meredovla ikitərəfli görüş zamanı bir sıra regional məsələlər və ikitərəfli münasibətlər müzakirə olunub.
Qarşılıqlı səfərlərin də müzakirə edildiyini deyən Çavuşoğlu Avazada keçiriləcək Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli zirvə görüşünə hazırlıq məsələlərinin müzakirə edildiyini, bununla yanaşı zirvə ərəfəsində üç ölkənin enerji və nəqliyyat nazirlərinin görüşüxarici işlər nazirlərinin görüşünün keçirilməsinin faydalı olacağına qərar verdiklərini bildirib.
Görüşlər çərçivəsində 5 müqavilənin imzalanacağı barədə məlumatı paylaşan Çavuşoğlu Türkiyeədən Türkmənistana son səfərləri xatırladıb və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun gələn ilin əvvəlində Türkiyəyə səfər edəcəyini dlə gətirib.
Çavuşoğlu görüşdə nəqliyyat və daşıma məsələlərinin də müzakirə edildiyini qeyd edib:
"Biz xüsusilə nəqliyyatda maneələrin aradan qaldırılması ilə bağlı həmfikirik. Həmçinin şimal dəhlizinin aradan qalxmasından sonra şərq, qərb, orta dəhliz və Xəzər tranzit dəhlizləri alternativ olaraq əhəmiyyət qazanmağa başlayıb. Burada Türkmənistan və digər ölkələrlə əməkdaşlığımız daha da gücləndirilib".
Çavuşoğlu təhsil və mədəniyyət sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün çalışdıqlarını da söyləyib:
“Türkmənistana lazım olsa, səfirliklərin olmadığı yerlərdə Türkmənistan vətəndaşlarına konsulluq xidməti göstərə bilərik”.
Çavuşoğlu Türkmənistanın Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olmasından məmnunluğunu da ifadə edib.
"Ən böyük arzumuz qardaş Türkmənistanın TDT-nin tamhüquqlu üzvü olması və sammitlərə ev sahibliyi etməsidir”, -deyə Çavuşoğlu qeyd edib.
Meredovu 2023-cü ilin aprel ayında keçiriləcək Antalya Diplomatiya Forumuna dəvət edən Çavuşoğlu gələcəkdə daha yaxından işləmək üçün razılaşdıqlarını bildirib.
Çavuşoğlu Türk Hava Yollarının (THY) dekabr ayında Aşqabada uçuşlara başlayacağını da açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Husilər 700 əsgəri girov götürdü
Dünya 04:06"Fənərbağça" İngiltərədə DARMADAĞIN OLDU!
İdman 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



