Bu arada vəkil Şalva Xaçapuridze Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin bədənində arsen aşkarlandığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə gürcü nəşrləri yazıb.
Onun sözlərinə görə, tədqiqatın nəticələrini ABŞ-ın aparıcı toksikoloqlarından biri öyrənir.
“Biz hələ dırnaq testlərini almamışıq, onları bu günlərdə alacağıq, lakin telefonla məlum oldu ki, araşdırmalar nəticəsində başqa bir maddə, arsen aşkarlanıb”.
Saakaşvilinin vəkili deyib bunu.
Media Saakaşvili apreldən bəri ictimaiyyət qarşısına çıxmadığını yazır. Onun yaxınları və ailə üzvləri eks-prezidentin həyatının təhlükədə olduğunu deyirlər. Empati Mərkəzinin rəhbəri Mariam Jişkariani iddia edir ki, onun QHT-si tərəfindən aparılan ekspertiza Saakaşvilinin zəhərləndiyini göstərir. O, bildirib ki, ABŞ-da aparılan araşdırmaya görə, Saakaşvilinin bədənində vismut, barium və civə aşkar edilib.
Xatırladaq ki, Saakaşvili 2021-ci il sentyabrın 29-da qanunsuz olaraq Gürcüstana qayıdıb və dərhal saxlanılıb. O, əvvəllər vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə 6 və 3 il müddətinə azadlıqdan məhrum edilib, eks-prezidentə qarşı daha 3 cinayət işinə şəhər məhkəməsində baxılır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB