Ukrayna ilə sərhədin möhkəmləndirilməsi üçün Kursk vilayətinə əlavə qüvvələr göndərilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hərbçilərin sayının artırılmasını vilayət hökumətinin operativ iclası zamanı Rusiya vilayətinin qubernatoru Roman Starovoit bəyan edib.
“Biz müdafiə qabiliyyətimizi gücləndirmək üçün bölgəyə qoşun qəbul etməyə davam edirik. Bizim vəzifəmiz sərhəddə təhlükəsizliyin etibarlı şəkildə təmin olunması üçün onların məskunlaşmasına kömək etməkdir”, – deyə Kursk vilayətinin qubernatoru bildirib.
Starovoit həmçinin Rusiyanın Müdafiə Nazirliyinə və prezident Vladimir Putinə regionun ərazi qarnizonunun gücləndirilməsinə yönəlmiş qərarlara görə təşəkkür edib.
Qeyd edək ki, oktyabrın 19-da Putin Kursk vilayəti də daxil olmaqla səkkiz regionda orta səviyyəli cavab tədbirləri tətbiq edib. Bu, xüsusilə, ictimai asayişin mühafizəsinin gücləndirilməsini və enerji obyektlərində təhlükəsizlik səviyyəsinin artırılmasını nəzərdə tutur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB