Çin kosmos stansiyasını sabah tamamlayır

Çin kosmos stansiyasını sabah tamamlayır

Çin sabah Shenzhou-15 kosmik gəmisini orbitə göndərməklə kosmik stansiyanı tamamlayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, ölkənin kosmos tədqiqatlarına cavabdeh qurum keçirdiyi mətbuat konfransında sabah saat 18.08-də kosmosa buraxılacaq gəmidə üç astronavtın olacağını bildirib. Kosmonavtlar kosmos stansiyasının idarəçiliyini iyunun əvvəlində ayrılan üç astronavtdan alacaqlar. "Qaldıqları müddət ərzində Shenzhou-15 komandası qonaq olan "Tianzhou-6" yük gəmisini qarşılayacaq və sonra stansiyanı "Şençjou-16" komandasına çatdıracaq. Komanda gələn ilin mayında Dongfeng eniş yerinə qayıtmağı planlaşdırır", - agentliyin sözçüsü Ci Qiming deyib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə