Tümendə dindarları Putin üçün dua etməyə çağırırlar

Tümendə dindarları Putin üçün dua etməyə çağırırlar

Beləliklə, Tümen vilayətinin Aroşevo kəndinin sakinləri Ali Baş Komandan Vladimir Putin üçün dua etməyə dəvət olunurlar. Belə ki, bundan sonra hər bazar günü kilsədə Allahın Anasının Şəfaətinin şərəfinə dualar ediləcək.

SİA-nın rus mənbələrinə istinadən əldə etdiyi məlumata görə, dualar təkcə çətin anlarda xüsusi məsuliyyət daşıyan Putin üçün deyil, həm də vətənləri uğrunda döyüşən (?) bütün hərbi rəhbərlər və hakimiyyətdə olanlar üçün də ediləcək.

Arzu edənlər Ukraynada döyüşən qohumlarının adları ilə dua mərasimi üçün qeyd təqdim edə bilərlər.

Xatırladaq ki, hələ oktyabrın əvvəlində yepiskopları, ruhaniləri və dindarları Putinin “sağlığı üçün” dua etməyə çağıran Patriarx Kirill özü də Vladimir Vladimiroviç üçün dua etmişdi:

“Biz də Sənə dua edirik, Rəbbimiz Allah, Rusiya dövlətinin başçısı Vladimir Vladimiroviçə öz zəngin mərhəmətini, səxavətini versin, ona cansağlığı, uzun ömür versin və bütün müqavimətlərdən xilas etsin”.

Burada lap yerinə düşən bir məsəlimiz yadıma düşür, deyirəm, qalsın sonraya.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə