Vatikan Moskva və Kiyev arasında danışıqlar platformasına çevrilməyə hazırdır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu İtaliyanın “Mediaset” telekanalına müsahibəsində Vatikanın xarici əlaqələr üzrə katibi arxiyepiskop Pol Riçard Qallager bildirib. Onun dediyinə görə, Vatikan və Roma Papası Fransisk münaqişənin lap əvvəlindən bu qarşıdurmanın sülh yolu ilə həllinə vasitəçilik etməyə hazırdır.
Qallagerin sözlərinə görə, əgər hər iki tərəfdən tələb gəlsəydi, Papa bunu çox müsbət qarşılayardı.
Qeyd edək ki, pontifik dəfələrlə Ukraynada sülhün əldə olunmasının tərəfdarı olub. Belə ki, oktyabr ayında o, Rusiya lideri Vladimir Putini “bu zorakılıq və ölüm spiralını dayandırmağa” çağırıb, eləcə də Ukrayna prezidenti Vladimir Zelenskiyə “sülh üçün ciddi təkliflərə açıq olmağın” lazım olduğunu qeyd edib.
Xatırladaq ki, Ukrayna tərəfi sülhə nail olmaq üçün şərtlər arasında bir neçə tələb irəli sürüb. Rusiya hakimiyyəti də öz növbəsində dəfələrlə Ukrayna ilə danışıqlara hazır olduqlarını bəyan edib, amma şərtlərsiz...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB