Bu arada Ermənistanın energetika nazirinin müavini Akob Vardanyan bu gün onun idarəsinin Gürcüstanla elektrik enerjisi ticarəti üçün hüquqi baza hazırladığını bildirib.
O, izah edib ki, hazırda iki ölkənin enerji sistemləri bir-birindən təcrid olunub və elektrik enerjisinin mübadiləsi üçün ilk növbədə yeni ötürücü xəttin çəkilməsi lazımdır.
Vardanyan qeyd edib ki, Ermənistan elektrik xəttinin öz hissəsini Almaniyanın “Kreditanstalt für Wiederaufbau” dövlət bankından götürdüyü kredit hesabına tikəcək.
Sərhəddə elektrik enerjisi ticarəti üçün birbaşa cərəyan keçidi qurulacaq. Hər iki infrastruktur obyekti üzrə podratçılar 2023-cü ilin yazında müəyyən ediləcək və onların tikintisi 3,5 il ərzində başa çatdırılmalıdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qurum rəsmisi elektrik verilişi xəttinin tikintisi davam edərkən, iki ölkənin energetika idarələri dövlətlərarası enerji axını üçün qaydalar hazırlamalı olacağını da bildirib.
Erməni saytlarının yazdığına görə, bunun üçün tezliklə tədarüklərin müqavilə həcmlərindən kənarlaşmaları tənzimləyən Ermənistan-Gürcüstan sazişi də imzalanacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB