"Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç Rusiya Federasiyasının prezidenti Vladimir Putinin səfərbər olunmuş rusiyalıların saxta anaları ilə saxta görüş keçirdiyinə münasibət bildirib".
Müşavirin dediyinə görə, əslində Putin bununla ruslara guya onların yanında olduğu illüziyası yaratmağa çalışıb.
Maraqlıdır ki, Arestoviçin fikrincə, Putinin səfərbər olanların saxta qohumları ilə görüşündən video montaj edilib. Hekayə elə əvvəldən xüsusi əməliyyatla bağlı danışdığı stüardessalara bənzəyir.
“Əsas prinsip budur ki, xalqı arxanca aparmaq istəyirsənsə, bu halda xalqın arxasınca getməlisən. Güclü təbliğat maşını belə işləyir - diktator nəyisə istəyirsə, gərək xalq arasında uyğun əhval-ruhiyyə yaratmalı, sonra da xalq adına bu həyata keçirməlidir”.
Bunları deyən Arestoviçə görə, Rusiyadakı səfərbərliklə bağlı hazırda ciddi problemlərin yaşandığını da istisna etməyir.
Ukraynalı səlahiyyətliyə görə, bu gün bu məsələlərlə bağlı problemlər o həddə çatıb ki, artıq Kreml onlara göz yuma bilmir və hətta belə görünür ki, Putin özü də şəxsən bunu həll edə bilməyib. Çünki buna qədər o, təslim ola bilərdi.
Arestoviçin fikrincə, bu gün Rusiyadakı vəziyyət o qədər əlverişsiz hala gəlib ki, artıq Putin şəxsən özü şounu oynamağa məcbur olur.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bundan əvvəl, ukraynalı döyüşçülər artıq səfərbər olunmuş rusları İran geyimində tuturlar ki, bu da Rusiya ordusunda təminat problemindən xəbər verir. Arestoviç yeni səfərbərliyə yaralıların və öldürülənlərin əynindən çıxarılan eyni formanın geyindiriləcəyini, səfərbərliyin isə Putin hakimiyyətdə qalacağı təqdirdə davam edəcəyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB