Ukraynanın müstəqilliyinin qorunub saxlanması Avropanın təhlükəsizliyi üçün lazımdır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Macarıstanın baş naziri Viktor Orban Xristian Demokratların Beynəlxalq Assosiasiyasının konqresində çıxışı zamanı deyib.
Orbanın sözlərinə görə, hazırda Avropa üçün ən vacib məsələ Rusiyadan təhlükənin olmamasıdır. On görə də, “...bizə suveren Ukrayna lazımdır”.
Qeyd edək ki, baş nazir, Avropa İttifaqında Rusiya və Ukrayna arasında münaqişənin həlli yolları ilə bağlı konsensusun olmadığını da etiraf edib. Orbanın sözlərinə görə, Macarıstan Rusiyaya qarşı sanksiyaları Brüssellə müzakirə etməyə davam edəcək.
Yeri gəlmişkən, Viktor Orban dəfələrlə Moskva ilə Kiyev arasındakı münaqişədə rusiyayönlü mövqe tutmaqda ittiham olunub. Məsələn, Macarıstanın baş naziri Ukraynanın maraqlarını Macarıstanın maraqlarından üstün tutmayacağını və Avropa İttifaqının Kiyevə 18 milyon avro ayırması planını dəstəkləmədiyini bildirib.
Bununla yanaşı, Budapeşt Ukrayna tərəfinə güzəştli kredit kimi 187 milyon avro ayrıldığını da açıqlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB