Qroznı Rusiyada sahibkarlıq üçün ən yaxşı şəhər kimi tanınır

Qroznı Rusiyada sahibkarlıq üçün ən yaxşı şəhər kimi tanınır

Çeçenistan rəhbəri Ramzan Kadırov Qroznını Rusiyada sahibkarlıq üçün ən yaxşı şəhər olduğunu bildirib.

O qeyd edib ki, şəhər Maliyyə Universitetinin “Qaydasız iqtisadi döyüşlər: qələbə üçün resept” VII Beynəlxalq Forumunda Rusiya şəhərlərində həyat keyfiyyətinin öyrənilməsinin nəticələrinə əsasən reytinqə başçılıq edib. SİA bu barədə rus saytlarına istinad edir.

“Çeçenistan Respublikasının paytaxtı Rusiyanın ilk üç şəhəri sırasına daxil olub. Qroznı həm də sahibkarlıq üçün ən yaxşı şəhər kimi tanınıb”, - bunu yazan Kadırov vurğulayıb ki, Qroznı eyni vaxtda iki nominasiya üzrə mükafata layiq görülən yeganə şəhərdir.

Onu da əlavə edək ki, əhalisi 250 mindən çox olan şəhərlərdə əhalinin əhval-ruhiyyəsinin sosioloji monitorinqi zamanı ekspertlər maddi rifahın səviyyəsinə, tibbi xidmətin keyfiyyətinə, daşınmaz əmlakın mövcudluğuna, sosial-məişət şəraitinin yaxşılaşdırılmasına diqqət yetiriblər. Bunlarla yanaşı, ekoloji mühitin vəziyyəti, orta və ali təhsil müəssisələrinin işinin keyfiyyəti və digər parametrlər də nəzərə alınır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə