Mask smartfon istehsal edəcəyini vəd edib

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask, əgər Apple və Google bu şirkətlərə məxsus App Store və Google Play ilə işləyən cihazlar üçün “Twitter” tətbiqini əlçatan etməyəcəksə, öz smartfon modelini buraxacağına söz verib. SİA xəbər verir ki, bu barədə biznesmen tviterdə yazıb.

“Ümid edirəm ki, buna gəlməz. Amma başqa seçimim olmasa, alternativ telefon yaradacam. Marsa uçmaq üçün raketlər hazırlayan bir insanın sadə kiçik smartfonu hazırlamaq çətin olmayacaq”, - o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə