“Pəncə-Qılınc” adı altında keçirilən xüsusi antiterror əməliyyatı
Terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG-dən istifadə edərək İstanbulda həyata keçirdiyi terror hücumundan sonra Türkiyənin gözlənilən cəza tədbiri tətbiq edildi. Milli Müdafə Nazirliyinin verdiyi açıqlamaya görə, Türkiyə Silahlı Qüvvələri "Pəncə-Qılınc" adı altında antiterror hava əməliyyatına start verərək Suriya və İraqdakı PKK/YPG-yə məxsus hədəfləri bombaladı. İndiyədək 500-ə yaxın hədəf vurulub. Təşkilatın 250-yə yaxın üzvünün zərərsizləşdirildiyi açıqlanıb. Əməliyyat 1200 km-lik sərhəd xəttində 150 km sərhəd aralığında çox böyük bir ərazini əhatə etdikdə, PKK/YPG-nin panika içində olduğu müşahidə olunur.
Terror təşkilatı PKK Türkiyə Ordusunun İraq və Suriyada həyata keçirdiyi əməliyyatlar və MİT-in (Türkiyənin Kəşfiyyat İdarəsi) birbaşa idarəçilərini hədəf aldığı bir tənlik içində getdikcə küncə sıxışmış, xüsusilə İraqın şimalındakı Zap bölgəsində ciddi itkilər verərək, özü üçün strateji bir bölgəni itirib. Bu vəziyyəti həzm edə bilməyən terror təşkilatı intiqam axtarışı ilə, xüsusən də Türkiyənin metropoilislərində terror aktı törətmə axtarışında idi. Çoxsaylı terror cəhdlərinin qarşısı alınsa da, sonda İstanbulun Taksim meydanı yaxınlığında terror aktı törədərək, çoxlu sayda dinc sakinin ölümünə səbəb oldular.
Türkiye bu hücuma çox sərt reaksiya verdikdə, "Pəncə-Qılınc" adı altında antiterror əməliyyatına start verdi. İraq və Suriyanı eyni vaxtda əhatə edən bu əməliyyat çərçivəsində 1200 km-lik sərhəd xəttində 150 km dərinliyə qədər uzanan geniş ərazi havadan vuruldu. Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, ilk 3 gündə cəmi 500 hədəf vurularkən, təxminən 250 PKK terrorçusu zərərsizləşdirilib. Suriyanın Tel Rifat, Mənbic, Ayn əl-Ərəb, Ayn İsa, Qamışlı və Malikiye kimi bölgələrindən tutmuş İraqın Hakurk, Qəndil və Asos bölgələrinə qədər bir hədəf aralığı var idi. PKK/YPG-nin bu qədər əhatəli cəza əməliyyatını gözləmədiyi və verdikləri ağır itkilər fonunda panikaya düşdüyü başa düşülür.
Onlarla döyüş təyyarəsi və SİHA-lar ilə komanda-idarə mərkəzləri, hərbi bazalar, təlim sahələri, sursat anbarları və tunel xətləri hədəf alınarkən, Türkiyə Silahlı Qüvvələri ilk dəfə olaraq Suriyada PKK/YPG-nin enerji infrastrukturu və əlaqəli obyektlərinə zərbələr endirməyə başladı. Xüsusilə Malikiye-Qamışlı xəttində neft quyuları, neftayırma zavodları və qaz yataqları dağıdıldı. Deyr əz-Zor bölgəsi 75 km dərinlikdə yenidən vurularkən, həmin zamanda PKK/YPG-nin YAT adlı ABŞ əsgərləri tərəfindən təlim keçən ünsürlərinin mərkəzi qərargahı da SİHA-ların hədəfində oldu.
Türkiyə havadan və qurudan PKK/YPG-yə qarşı hərtərəfli cəzalandırma tədbirlərini davam etdirir, lakin terror təşkilatı da mülki insanları hədəfə alaraq cavab verməyə çalışır. Ayn əl-Ərəb bölgəsindən Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonunda mülki şəxslərə qarşı hücumlar təşkil etdilər. Bundan əlavə Azəz şəhərinin hədəfə alındığını gördük. Türkiyə Silahlı Qüvvələrinin qarşısında hərbi cəhətdən varlığı olmayan təşkilat mülki vətəndaşları hədəf alaraq özünü göstərməyə çalışır. Lakin mülki şəxslərə qarşı edilən bu hücumlar Türkiyənin terrorla mübarizə qətiyyətliliyini daha da artırır. Prezident Ərdoğan son açıqlaması ilə bir daha qurudan əməliyyat siqnalını verdi. Dövlət başçısı Ərdoğan bir müddət əvvəl quru əməliyyatı ilə bağlı açıqlamalar vermişdi, lakin Putinin Əsəd rejimi ilə görüş təklifini qəbul edərək əməliyyatı dondurdu. Aradan keçən müddətdə Rejimlə hər hansı bir məsafə qət etməkdən söhbət getmədi. Eyni şəkildə, son hava əməliyyatlarında PKK ilə birgə addımlayan çoxlu sayda rejim əsgəri də öldürüldü. Nəhayət, Türkiyə milli təhlükəsizliyini gücləndirmək və hücumları tamamilə dayandırmaq üçün geniş əhatəli quru əməliyyatları ilə PKK-nı sərhəd xəttlərindən tamamilə təmizləməlidir.
Beynəlxalq konyukturanın Türkiyənin tərəfində olduğu belə bir dövrdə Türkiyə Silahlı Qüvvələrinin qurudan əməliyyatlarına başlayacağı güman edilir. İlk hədəfə alınacaq bölgələr isə Tel Rifat, Mənbic və Ayn əl Ərəbdir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



