Rusiya prezidenti Vladimir Putinə görə, Donbasın Rusiyaya birləşdirilməsinin daha əvvəl baş verməli imiş. Onun fikrincə, əgər o vaxt bu həll edilsəydi, bu halda indi “bu qədər itkilər” də olmayacaqmış.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, dövlət başçısının sözlərinə görə, 2014-cü ildə Moskva Donbass sakinlərinin əhval-ruhiyyəsini guya tam hiss etməyib.
Putin əlavə edib ki, Rusiya hakimiyyəti “danışıq ola bilər” və nəticədə Luqansk, Donetsk birtəhər Ukrayna ilə “birləşə bilər” mövqeyindən çıxış edib.
Xatırladaq ki, sentyabrın 23-dən 27-dək DXR, LPR, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib və səsvermədə iştirak edənlərin əksəriyyəti Rusiyanın tərkibinə daxil olmağın lehinə olub(?). Sentyabrın 30-da Putin və regionların rəhbərləri ölkəyə yeni ərazilərin qəbulu ilə bağlı sazişlər imzalayıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB