Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərliyin başa çatdığını bir daha bəyan edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bunu Novo-Oqaryovoda hərbçilərin anaları ilə görüşdə deyib.
Belə ki, iclasda iştirak edən qadınlardan biri oğlunun 17 yaşında olduğunu və tezliklə onun da qismən səfərbərlik zamanı çağırıla biləcəyini deyib.
Putin isə cavabında artıq guya əlavə səfərbərliyə ehtiyac olmadığını, yəni kifayət qədər çağırışçını çağırıldığını bildirib.
Putin əlavə edib ki, qismən səfərbərlik çərçivəsində Rusiya guya ukraynalılarla deyil, onlardan top yemi kimi istifadə edənlərlə mübarizə aparır.
Bundan əvvəl prezidentin sözçüsü Dmitri Peskov da dövlət başçısının Federal Məclisə “ölkəni səfərbər etmək” mesajı həsr etmək planları barədə mətbuatda yayılan xəbərlərin doğru olmadığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB