Rusiya prezidenti Vladimir Putin Ukraynada xüsusi əməliyyat zonasında kazakların hərbi vəzifəsini yüksək səviyyədə yerinə yetirdiyini qeyd edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya rəhbəri kazakların Rusiyanın tarixində xüsusi yer tutduqlarını bildirib.
Kazakların əsas vəzifəsinin sərhədləri qorumaq olduğunu deyən Putinə görə, “ölkə inkişaf etdikcə, sərhədlər daha da irəli gedib. Bu gün onların Vətənə xidməti müxtəlif vəzifələrdə davam edir”.
Qeyd edək ki, Vladimir Putin bunu Xüsusi hərbi əməliyyatda iştirak edən hərbçilərin anaları ilə görüşdə bildirib.
Rusiya prezidenti bildirib ki, kazakların bu gün Vətən qarşısında öz borcunu yerinə yetirməsi bir tərəfdən ənənədir, digər tərəfdən isə “heç bir yerdə heç nə itirilmədiyini vurğulayır”.
Bununla yanaşı, Putin Ukraynadakı xüsusi əməliyyat iştirakçılarının özlərini ayrı-ayrı kasta və millətlərə bölmədiyini deyib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynada keçirilən xüsusi əməliyyatda 20 mindən çox çeçenin iştirak etdiyini, hazırda isə cəbhə xəttində 9 mindən çox döyüşçünün olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB