Rusiyalı generallar Belarusa gəliblər

Rusiyalı generallar Belarusa gəliblər

Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskinin rəhbərlik etdiyi bir qrup rus generalları Rusiya hərbçilərinin hazırlığına nəzarət etmək üçün Belarusa gəliblər.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə,amma, nədənsə, Belarus Müdafiə Nazirliyi bu haqda susur.

“Belarus Qayun” monitorinq qrupunun məlumatına görə, hərbçilər Belarusun poliqonlarında qoşunların regional qruplaşması adlandırılan birləşmələrin birgə təlimlərinin gedişini yoxlayacaq, komanda məntəqələri, təlim yerləri və hərbi kazarmalara baxış keçirəcəklər.

Səfər zamanı tank və motoatıcı bölmələrinin siniflərinə, təmir-bərpa batalyonlarına baş çəkmək, həmçinin Rusiya-Belarus səhra hospitalının işi ilə tanış olmaq planlaşdırılır.

Qeyd edək ki, Belarus mətbuatından sızan bəzi xəbərlərə görə, rusiyalı generallar Belarus Silahlı Qüvvələrinin bölmələri tərəfindən döyüş tapşırıqlarının yerinə yetirilməsi qaydası ilə tanış olacaqlar.

Analitiklər qeyd ediblər ki, bu, Moskvadan gələn hərbi rəhbərlər tərəfindən Rusiya kontingentinin ilk ictimai təftişidir və onun nəticələrinə əsasən sonrakı qərarlar qəbul ediləcək.

Qeyd edək ki, Belarus Müdafiə Nazirliyi, yuxarıda da qeyd edtdiyimiz kimi, rusiyalı generalların səfəri barədə məlumatı hər vəchlə gizli saxlamağa çalışır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə