İstanbulun bu küçəsində ticarət qadağan olunub

İstanbulun bu  küçəsində ticarət qadağan olunub

İstanbulda terror aktı baş verən İstiqlal küçəsində küçə ticarəti, sərgilər və tədbirlər qadağan olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, təqribən 1400 metr uzunluğa malik sözügedən İstiqlal küçəsində stol, stul, lövhə, səyyar tablolar qoymaq, stend, sərgi qurmaq, sosial, mədəni və yaxud tədbirlərin təşkili, kollektiv və yaxud fərdi çıxışlar və s. qadağan olunub.

Bu qərarın səbəbi isə İstiqlal küçəsində təhlükəsizliyi təmin etmək eləcə də piyadaların hərəkətinin sürətləndirilməsini təmin etməkdir.

Aytac Xəlilova

Bütün xəbərlər Facebook səhifəmizdə