Avropa Parlamenti Lukaşenkoya qarşı qətnamə qəbul edib

Bu ermənilərin də "kürkünə birə salıb"
Avropa Parlamenti Lukaşenkoya qarşı qətnamə  qəbul edib

Belarus prezidenti Aleksandr Lukaşenko, eləcə də Belarus hökumətinin üzvləri Beynəlxalq Tribunal və Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməlidirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin saytında məlumat verilib.

Qeyd edək ki, Avropa Parlamenti deputatları Belarus hakimiyyətinin hərəkətlərini pisləyərək onları insan hüquqlarını pozmaqda ittiham edən qətnamə qəbul ediblər. Bundan əlavə, Minskin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatında iştirakını da pisləyiblər.

“Belarus Ukraynada hərbi cinayətlərə görə məsuliyyəti Rusiya ilə bölüşür, Minsk buna görə Beynəlxalq Tribunal və Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməlidir”, - bəyanatda belə deyilir.

Avropa Parlamenti həmçinin Belarusun işğal olunmuş ərazi kimi tanınmasını tələb edib. Bundan əlavə, bəyanatda Rusiya Silahlı Qüvvələrinin öz ərazisindən çıxarılması tələb olunur.

Xatırladaq ki, noyabrın 23-də Avropa Parlamenti də Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanıyan qətnamə qəbul edib və onu müvafiq siyahıya daxil edib. Qeyd edək ki, qətnamə Avropa Parlamenti üzvlərinin səsverməsi zamanı qəbul edilib.

Yeri gəlmişkən deyim ki, Avropa Parlamentinin bu qətnaməsi ruslara yalmanan ermənilərin də “kürkünə birə salıb”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə