Putin yüksək keyfiyyətli hərbi texnika istehsal etməyi tələb edib
Bu arada Putin Rusiya Federasiyası Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün hökumət yanında Koordinasiya Şurasının iclası zamanı sənayeyə dair tələblərini açıqlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin, təkcə Silahlı Qüvvələrə tədarükün həcmini və çeşidini artırmaq deyil, həm də müdafiə sənayesi məhsullarının keyfiyyətinin yüksəldilməsini təmin etmək lazım olduğunu bildirib.
Prezident, bunun fonunda dizayn mərkəzlərinin istehsalçıları ilə bu texnikadan istifadə edənlər arasında birbaşa əlaqənin vacibliyini də bildirib.
Putin, görüşdə bu mexanizmin necə işlədiyini eşitməyi gözlədiyini də gizlətməyib.
Yeri gəlmişkən, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bir müddət bundan əvvəl, guya Rusiyanın xüsusi əməliyyatı davam etdirmək üçün kifayət qədər silah-sursata sahib olduqlarını bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB