Putin xüsusi əməliyyat iştirakçılarının anaları ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin cümə günü, noyabrın 25-də xüsusi əməliyyat iştirakçılarının anaları ilə görüşəcək. SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd olunur ki, ənənəvi olaraq noyabrın son bazar günü Rusiyada Analar Günü kimi qeyd olunur. Onu da qeyd edək ki, bu Rusiya Federasiyasında 1998-ci ildən Prezidentin 120 saylı fərmanına uyğun olaraq tətbiq edilib.

Beləliklə, analar günü ərəfəsində Vladimir Putin hərbçilərin anaları - xüsusi hərbi əməliyyatın iştirakçıları ilə görüşəcək.

Prezidentin mətbuat xidməti xəbər verir ki, oğulları hazırda Rusiya Silahlı Qüvvələrində xidmət edən və ya birbaşa xüsusi əməliyyat zonasında, ya da döyüş koordinasiyasının aparıldığı poliqonda olan analar prezidentlə görüşə dəvət olunublar.

Yeri gəlmişkən, bir müddət əvvəl Vladimir Putin ölkədə süni intellektin kütləvi şəkildə tətbiqinə çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə