Serbiya və Kosovo razılığa gəliblər

Serbiya və Kosovo razılığa gəliblər

Serbiya və Kosovo avtomobil dövlət qeydiyyat nişanı ilə bağlı davam edən gərginliyi azaltmaq və münasibətləri normallaşdırmaq üçün razılığa gəliblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell sosial mediada iki ölkə arasındakı razılaşmanı açıqlayıb.

Borrell bəyan edib ki, Kosovo və Serbiyanın baş müzakirəçiləri Aİ-nin vasitəçiliyi ilə apardıqları danışıqlar nəticəsində gərginliyin daha da artmasının qarşısını almaq və əlaqələrin normallaşdırılması təklifi barədə razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə