Ərdoğan Bəşər Əsədlə bu ölkədə görüşə bilər

Ərdoğan Bəşər Əsədlə bu ölkədə görüşə bilər

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin Rusiya ərazisində görüşünə dair hazırda heç bir razılaşma yoxdur. SİA xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, nəzəri cəhətdən bu görüşün Rusiya Federasiyasının vasitəçiliyi ilə keçirilməsi mümkündür.

“Nəzəri cəhətdən bu mümkündür, lakin bu məsələ ilə bağlı heç bir razılaşma yoxdur”, - Kremlin sözçüsü deyib.

Qeyd edək ki, Ərdoğan suriyalı həmkarı ilə görüşün olacağını istisna etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə