Türkiyə İsraildə törədilən terror aktlarını pisləyib

Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat verib.
Türkiyə İsraildə törədilən terror aktlarını pisləyib

Türkiyə İsraildə törədilən terror aktlarını pisləyib.

Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatında “Bu gün səhər Qüdsdə baş verən bombalı hücumlarda bir nəfərin həyatını itirdiyi, çoxlu sayda insanın yaralandığı kədərlə öyrənildi. Mülki əhalini hədəf alan bu terror aktını pisləyir, yaralananlara şəfa diləyir və başsağlığı veririk. Son vaxtlar Qüdsdə və İordan çayının qərb sahilində artan gərginlik və insan itkisindən dərin narahatıq” deyilib.

SİA bu barədə rus saytlarına istinad edir.

Bütün xəbərlər Facebook səhifəmizdə