Altı ölkə Rusiyanın "Mir" kartından imtina edir?

Altı ölkə Rusiyanın "Mir" kartından imtina edir?

Rusiyanın “Mir” ödəniş sisteminin işlədiyi doqquz ölkədən altısı ABŞ-ın ikinci dərəcəli sanksiyaları təhlükəsi səbəbindən onu dəstəkləməkdən imtina edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, mövcud vəziyyəti Rusiyanın maliyyə izolyasiyası şəraitində “Visa” və “Mastercard”a öz alternativini yaratmaq cəhdinin uğursuzluğu hesab edirlər.

Maraqlıdır ki, Rusiya Bankı dost adlandırılan ölkələrin Rusiya maliyyə sistemi ilə əməkdaşlıqdan imtina etməsinə təəccüblənən Mərkəzi Bank hazırda başqa alternativlər axtarır.

Qeyd edək ki, son bir neçə ayda Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Vyetnam bankları “Mir”lə əməliyyatlarını tamamilə dayandırıb və ya əməkdaşlığını azaldıb. Türkiyə rusiyalı turistlər üçün yeni birgə ödəniş sisteminin yaradılmasına icazə verib, lakin bununla bağlı hələlik konkret addımlar atılmayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə