Ukraynanın enerji sisteminə ziyan vurulduğu səbəbindən Moldovada da elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi baş verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbər ölkənin baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrey Spinu verib.
Onun dediyinə görə, son bir saatda Ukraynanın enerji sisteminə ziyan vurduqdan sonra bütün ölkə boyu elektrik enerjisinin verilişində kütləvi fasilələr yaşayırıq.
Qeyd edək ki, bundan əvvəl Kiyevdə və Ukraynanın bir sıra bölgələrində partlayışların baş verdiyi bildirilirdi. Hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Xarkov, Xmelnitski, Nikolayev və Zaporojye şəhəri qismən işıqsız qalıb, Çerkassı vilayətində də fövqəladə dayandırmalar başlayıb. Lvov və Odessa vilayəti tamamilə enerjisizləşdirilib.
Hazırda isə bütün Ukraynada hava həyəcanı elan edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB