Ermənistanda zəncirvari qəza olub - 9 nəfər yaralandı

Ermənistanda zəncirvari qəza olub - 9 nəfər yaralandı

Noyabrın 22-də Ermənistanın Basarkeçər bölgəsində (Qeqarkunik) ağır yol qəzası baş verib. SİA erməni mətbuatına istinadən xəbər verir ki, 7 avtomobilin iştirakı ilə zəncirvari qəza olub.

Hadisə nəticəsində 9 nəfər müxtəlif bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.

Polis və istintaq şöbəsi sürücülərin və xəsarət alanların kimliyini müəyyənləşdirir. Qəzanın ilkin səbəbi açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə