Orbanın “Böyük Macarıstan” xəritəsi olan şərfi aranı qarışdırdı

Orbanın “Böyük Macarıstan” xəritəsi olan şərfi aranı qarışdırdı

Macarıstanın baş naziri Viktor Orban Budapeştdə Macarıstan və Yunanıstan milli komandaları arasında keçirilən yoldaşlıq oyununa “Böyük Macarıstan” xəritəsi olan şərfdə gəlib. Xatırladaq ki, 1920-ci il sərhədlərində Rumıniya, Avstriya, Slovakiya, Serbiya, Ukrayna və Xorvatiyanın bəzi hissələri Macarıstanın “tərkiində” göstərilirdi.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, təbii ki, bu da qalmaqala səbəb olub və Macarıstanın Kiyev və Buxarestdəki səfirləri Ukrayna və Rumıniyanın xarici işlər nazirliklərinə çağırılıblar.

Rumıniya Xarici İşlər Nazirliyi Macarıstan səfirinin baş nazirin hərəkətlərini “qətiyyətlə bəyənmədiyini” bildirib.

Ukrayna Xarici İşlər Nazirliyi Macarıstan tərəfindən üzr istəməsini və ölkənin ərazi bütövlüyünə təcavüzün təkzibini tələb edib.

“Viktor Orban futbol matçına Macarıstanı Ukrayna ərazisinin bir hissəsi ilə təsvir edən şərflə gəlib. Macarıstanda revizionist ideyaların təbliği Ukrayna-Macarıstan münasibətlərinin inkişafına töhfə vermir və Avropa siyasətinin prinsiplərinə uyğun gəlmir”.

Qeyd edək ki, bunu ukraynalı Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko “Facebook”da yazıb.

Yeri gəlmişkən, hazırkı baş nazir Orban Budapeştlə Moskva arasında son illərdə yaranmış sıx əlaqələrə və Rusiyanın genişmiqyaslı işğalına qarşı çıxmadığı üçün Ukraynaya hərbi yardım göstərməkdən imtina etdiyinə görə tənqid olunur.

Maraqlıdır ki, Rusiyanın neft və qazına qoyulan embarqonu dəstəkləməyən macar baş nazirin fikrincə, guya bu onun ölkə maraqlarına ziddir və Macarıstanın iqtisadiyyatına mənfi təsir edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə