PKK/KCK-nın daha 3 üzvü təhlükəsizlik qüvvələrinə təslim olub

PKK/KCK-nın daha 3 üzvü təhlükəsizlik qüvvələrinə təslim olub

Bölücü terror təşkilatından qaçan PKK/KCK-nın daha 3 üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin koordinasiyasında Təhlükəsizlik Baş İdarəsi və Jandarma Baş Komandanlığı tərəfindən həyata keçirilən inandırma cəhdləri davam edir.

Həmin çərçivədə separatçı terror təşkilatı PKK/KCK-nın daha 3 üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

Təslim olan terrorçuların 2013 və 2016-cı illərdə terror təşkilatına qoşulduqları, son olaraq isə İraq və Suriyada fəaliyyət göstərdikləri müəyyən edilib.

Beləliklə, 2022-ci ildə inandırma cəhdləri nəticəsində təslim olan təşkilat üzvlərinin sayı 112-yə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə