Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar birtərəfli xarakter daşıyır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Kuba prezidenti Migel Dias-Kanel Bermudes rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.
Dövlət başçısı Moskvaya qarşı qoyulan məhdudiyyətləri ədalətsiz adlandırıb.
Moskvaya səfərinin dərin əhəmiyyət kəsb etdiyini bildirən Kuba prezidenti, Rusiya kimi Kubanın da ədalətsiz, birtərəfli sanksiyalara məruz qaldığını xatırladıb.
Qeyd edək ki, bir müddət əvvəl Kremlin sözçüsü Dmitri Peskov Putinlə Dias-Kanelin hərbi-texniki əməkdaşlığı müzakirə edəcəklərini bildirmişdi.
O, həmçinin Rusiya-Kuba münasibətlərinin indiki dövrdə çox yaxşı başlanğıcı və gələcək üçün mühüm perspektivləri olacağını da bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB