Serbiyanın cənubundakı Raska bölgəsində güclü leysan yağışları səbəbindən fövqəladə vəziyyət elan edilib. SİA xəbər verir ki, İbar çayında suyun səviyyəsinin 66 santimetr qalxdığı və artmaqda davam etdiyi bildirilib.
Ölkənin bəzi bölgələrində daşqınlarla mübarizəyə ordu da cəlb olunub. Hərbçilər çayların sahillərində qum torbalarında sədlər qurub, daşqın təhlükəsi ilə üzləşən insanların evlərdən evakuasiyasına kömək ediblər.
Novi Pazar, Priepol, Tutin və Raska şəhərlərində uzun müddət davam edən leysan yağışları səbəbindən çaylar daşıb, yaşayış evlərini, sənaye obyektlərini və küçələri su basıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB