Portuqaliya Aİ-nin genişlənməsinə qarşı çıxıb

Portuqaliya Aİ-nin genişlənməsinə qarşı çıxıb

Portuqaliyanın Baş naziri Antoniu Koşta Avropa İttifaqına yeni üzvlərin qəbul edilməsinə qarşı çıxıb. SİA-nın CNN-ə istinadla xəbərinə görə, hökumət başçısı bu barədə Lissabonda keçirdiyi mətbuat konfransında bildirib.

“Aİ-nin yeni üzvlərlə bağlı konkret tələbləri var. Lakin təəssüf ki, yeni üzvlərin qəbulu ümçün konkret meyarlar yoxdur. Avropanın mövcud institusional strukturu və büdcəsi yeni üzvlərin qəbuluna imkan vermir” – deyə Koşta bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə