NATO Parlament Assambleyası Rusiyanın təcavüzü ilə bağlı xüsusi beynəlxalq tribunalın yaradılmasını tələb edən və Rusiyanı terrorçu dövlət kimi tanıyan qətnamə qəbul edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın NATO Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Yeqor Çernev məlumat verib.
Onun sözlərinə görə, Ukrayna tərəfinin təklifləri NATO-ya üzv olan 30 ölkənin hamısı tərəfindən dəstəklənib.
Yeqor Çernev bildirib ki, sənəddə Parlament Assambleyası Ukraynanın silah tədarükünün artırılması, Ukraynanın NATO-ya daxil olması üçün konkret addımların işlənib hazırlanması, dəymiş ziyana görə Rusiyadan təzminat alınması mexanizminin yaradılması təkliflərini də nəzərə alıb.
Bu qətnamənin qəbulu Qərb parlament dairələrinin əhval-ruhiyyəsini əks etdirən və buna görə də qərarların qəbulu prosesində ölkə rəhbərliyinə təsir göstərən mühüm siyasi addımdır.
Xatırladaq ki, BMT Baş Assambleyası daha əvvəl Rusiyanın Ukraynaya təzminat ödəməyə cavabdeh kimi tanındığı qətnamə qəbul edib. Sənədi assambleyanın 193 üzvündən 94-ü dəstəkləyib. Rusiya, Belarus, Çin, Kuba, İran və Zimbabve də daxil olmaqla 14 ölkə əleyhinə səs verib. Qazaxıstan, Serbiya, Braziliya və Hindistan da daxil olmaqla 73 ölkə bitərəf qalıb.
Qətnamə Rusiyanın tammiqyaslı işğalı nəticəsində Ukraynanın dəymiş və çəkəcəyi zərərin qeydə alınması, ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılmasını təklif edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB