Rusiya Belarusda “İskəndər” və S-400 raket sistemlərini yerləşdirir

Rusiya Belarusda “İskəndər” və S-400 raket sistemlərini yerləşdirir

Rusiya Federasiyası Belarus ərazisində “İskəndər” və S-400 raket komplekslərini yerləşdirib. Eyni zamanda, ruslar təkcə infrastruktura deyil, həm də Ukrayna hərbçilərinin mövqelərinə zərbələr endirmək üçün Donbasa S-300 sistemləri yerləşdirir.

SİA bu barədə Ukrayna saytlarına istinad edir.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat “Ukrayna-Ukrinform” media mərkəzində brifinq zamanı deyib ki, bu komplekslərdən bəziləri Belarusun hava məkanını mühafizə edir.

“Ruslar Belarus ərazisində “İskəndər”lər, eləcə də Belarusun hava məkanını mühafizə edən S-400-lər yerləşdiriblər”, - deyə o bildirib.

Eyni zamanda, İqnatın sözlərinə görə, Rusiyanın hava məkanını qorumaq üçün hələ ki, S-300 raketlərinə ehtiyacı yoxdur. Buna görə də onlar Belarus ərazisindən Donbasa köçürülür.

Qeyd edək ki, İqnat rusların bu silahları təkcə cəbhə bölgəsindəki şəhərlərin infrastrukturuna deyil, həm də Ukrayna qoşunlarının mövqelərinə tuşlandığını desə də, amma Ukraynanın da bunları cavabsız qoymayacağını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə