İndoneziyada 5,6 bal gücündə zəlzələ baş verib

İndoneziyada 5,6 bal gücündə zəlzələ baş verib

Meteorologiya, İqlim və Geofizika İdarəsi (BMKG) Qərbi Yava əyalətinin Cianjur bölgəsində 5,6 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, rəsmilər şiddətli yeraltı təkanlar nəticəsində azı 20 nəfərin həyatını itirdiyini bildirib.

10 kilometr dərinlikdə baş verən zəlzələ paytaxt Cakartada da hiss olunub. Paytaxtdakı bəzi iş mərkəzləri zəlzələ ilə əlaqədar boşaldıldığı halda, BMT Təhlükəsizlik Şurasının sədri Dvikorita Karnavati xalqı küçələrdə qalmağa çağırıb. Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin maqnitudasının 5,4 olduğunu açıqlayıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə