Ukraynananın "silah sifarişi" təmin olunacaq?

Ukraynananın "silah sifarişi" təmin olunacaq?

Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Kiyevin Qərbdən hansı silahların almasının lazım olduğunu deyib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, bu barədə “France 24” telekanalına müsahibəsində bildirib.

Beləliklə, onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə 150-dən 200-dək tank, həmçinin 300 zirehli maşın lazımdır. Bundan əlavə, Ukraynanın cənubunda və Luqansk yaxınlığında hücum üçün orduya 100 artilleriya qurğusu, 50-70 reaktiv yaylım atəşi sistemi və 10-15 tank əleyhinə qurğu lazımdır.

Podolyak siyahıda Amerikanın ATACMS raketlərinin də adını çəkib. Qeyd edək ki, onların məhvetmə məsafəsi 300 kilometrə çatır. Onlar Ukraynanın silahları üçün hələ əlçatmaz olmayan böyük hərbi anbarları vurmağa qadirdirlər.

Müşavir, Kiyevə hələ ki, Rusiya ərazisindəki hərbi obyektlərə hücum etmək lazım olmadığını da bildirib.

Təbii ki, ruslar da eşidib bildiklərinə etinasız qalmırlar. Məsələn onların yazdığına görə, hərbi əməliyyatların başlanmasından sonra alyans müttəfiqləri Qərb müdafiə podratçılarını guya Kiyevin artan iştahını təmin etmək üçün silah istehsalını artırmağa çağırıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə