Ukraynaya yardım, Afrikaya yardımı azalda bilər?

Ukraynaya yardım, Afrikaya yardımı azalda bilər?

Bu arada “Microsoft”un həmtəsisçisi Bill Qeyts Ukraynada baş verən hadisələrin Afrika ölkələrinə təsir edəcəyini, yəni onların aldıqları maliyyə yardımının azaldacağından ehtiyat edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, milyarder Bill və Melinda Qeyts Fondunun regional ofis açmağı planlaşdırdığı Keniyaya səfəri zamanı mövzuya toxunub. Qeytsin sözlərinə görə, Ukraynadakı döyüşlər Avropa büdcələrinə ağır zərbə vurub, ona görə də Qərbin ən yoxsul ölkələrə yardımı çətin ki, genişlənsin.

“Əgər bütün yardımları, o cümlədən iqlimlə bağlı yardımları götürsək, çox güman ki, azalacaq”, – milyarder jurnalistlərə deyib.

Noyabrın 17-də Bill və Melinda Qeyts Fondu dörd il ərzində Afrika ölkələrinə yardım üçün yeddi milyard dollar (təxminən 425 milyon rubl) göndərmək niyyətində olduğunu açıqlayıb. Bu, əvvəlki dörd illik dövrlə müqayisədə 40 faiz çoxdur. Qeyd edək ki, vəsait aclıq, xəstəlik, yoxsulluq və gender bərabərsizliyi ilə mübarizəyə sərf olunacaq.

Yeri gəlmişkən, daha əvvəl “Amazon”un qurucusu Ceff Bezos sağlığında sərvətinin böyük hissəsini xeyriyyəçiliyə sərf edəcəyinə söz vermişdi.

Bildirək ki, onun sərvəti 124 milyard dollar qiymətləndirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə