İranın dini başçısı Ayetullah Əli Xamanei həbsdə olan gənc qadının ölümü ilə bağlı ölkədə başlayan etirazlarla bağlı “Bu pisliklərə son qoyulacaq və İran daha güclü şəkildə yoluna davam edəcək” deyib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
İran dövlət televiziyasının məlumatına görə, Ə.Xamenei paytaxt Tehranın İsfahanın bir qrup nümayəndəsi ilə görüşündə ölkənin etiraz dalğası və son silahlı hücumlardan danışaraq deyib: “İrandakı hadisələr düşmənlər tərəfindən təşkil edilib. Son zamanlar iğtişaşların əsas təşkilatçıları xalqı meydanlara çıxara bilmədiklərinə görə öz pis əməllərini davam etdirərək dövləti yormağa çalışırlar. Amma yanılırlar, çünki pisliklər xalqı yorur və onlara qarşı nifrəti artırır.
Bu hadisələr, cinayətlər və dağıntılar insanlar və iş adamlarına problemlər yaradır, dövlətə zərər verə bilməyəcək. Pisliklərə son qoyulacaq və İran daha güclü şəkildə yoluna davam edəcək.
Etirazlar zamanı ictimai əmlaka ziyan vuranlar, qətllər törədənlər, xalqın dincliyini pozanlar törətdikləri cinayətlərə uyğun cəzalandırılacaq. Təbii ki, bunlar məhkəmə yolu ilə həyata keçirilməlidir. Özbaşına heç kim heç kimi cəzalandıra bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB