Pentaqon Rusiya ilə münaqişə etmək istəmir

Pentaqon Rusiya ilə münaqişə etmək istəmir

NATO Rusiya ilə münaqişə axtarmır və Ukraynada hərbi əməliyyatlara qoşulmaq niyyətində də deyil. Amma Şimali Atlantika Alyansı Kiyevə müdafiə məsələlərində kömək etməyə davam edəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Pentaqon rəhbəri Lloyd Ostin Kanadanın Halifax şəhərində keçirilən illik Təhlükəsizlik Forumunda bildirib.

“Xanımlar və cənablar, NATO müdafiə ittifaqıdır və Rusiya ilə qarşıdurmaya can atmır. O, Rusiya üçün heç bir təhlükə yaratmır. Səhv etməyin: biz Putinin seçdiyi müharibəyə cəlb olunmayacağıq”, - bunu Pentaqonun sözçüsü bildirib.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyət ABŞ-ın Soyuq Müharibə bitdikdən sonra üzləşdiyi ən böyük təhlükəsizlik böhranıdır. Nazirin sözlərinə görə, Ukraynadakı münaqişəyə son qoyulması 21-ci əsr üçün təhlükəsizlik kursunu təyin etməyə kömək edəcək.

Bundan əlavə, Ostin NATO-nun Ukraynaya yardımını davam etdirəcəyini, həmçinin Şimali Atlantika Alyansının kollektiv müdafiəsini gücləndirəcəyini bildirib.

Qeyd edək ki, daha əvvəl Ostin Rusiyanın nəhəng orduya və “təsirli silahlara” malik olduğunu bildirmişdi.

Hə indi nə olsun ki, belə “nəhəng orduya”, “təsirli silahlara” malik bir ölkə Ukraynada heç nə qazana bilməyib, əksinə...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə