Türkiyədə mikroavtobus qəzaya uğrayıb - yaralılar var

Türkiyədə mikroavtobus qəzaya uğrayıb - yaralılar var

Türkiyənin Qaziantep bölgəsində polisləri daşıyan mikroavtobus qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Qəza nəticəsində 5 çevik polis əməkdaşının yaralandığı bildirilir.

Aşan mikroavtobusda 5 çevik qüvvət polisi yaralanıb. Yaralılar şəhərdəki xəstəxanalara aparılıb.

Qəzanın səbəbi bəlli deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə