NATO gəmiləri Baltik dənizinə daxil oldu

NATO gəmiləri Baltik dənizinə daxil oldu

NATO-nun Daimi Hərbi Dəniz Qrupunun üç gəmisi Estoniyaya gedib. SİA xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

"Biz Baltik dənizi regionunda təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün buradayıq", - deyə NATO-nun açıqlamasında bildirilir.

Tallin limanında dayanan NATO gəmilərinə Niderland freqatı, həmçinin "HNLMS Tromp" (F803) flaqman gəmisi, Danimarkanın "HDMS Esbern Snare" (F342) freqatı və Norveçin "HNoMS Maud" tankeri daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə