Rusiya Ədliyyə Nazirliyi jurnalistlər İrek Bikkinin və Dmitri Kolezevi xarici media agentləri siyahısına daxil edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə nazirliyin saytında məlumat verilib.
Qeyd edək ki, İrek Bikkinin hüquq müdafiəçisi və Rusiya Jurnalistlər Birliyinin üzvüdür. Dmitri Kolezev isə Yekaterinburq şəhərinin həyatından bəhs edən "Bu mənim şəhərim" onlayn nəşrinin rəhbəri və Respublika nəşrinin baş redaktorudur .
Xatırladaq ki, bundan əvvəl Rusiyanın Ədliyyə Nazirliyi reper İvan Alekseyevi (Noize MC təxəllüsü ilə tanınır-A.B.) və jurnalist İrina Şıxmanı fiziki şəxslərin-xarici agentlərin reyestrinə daxil edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB