Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Denis Puşilin əmr imzalayıb ki, o, səfərbərlik üçün cəbhəyə çağırılan əyani və qiyabi tələbələri xidmətdən azad edib. Müvafiq qərar noyabrın 18-dən qüvvəyə minir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, analoji fərman Luqansk Xalq Respublikasında verilib.
Xatırladaq ki, prezident Vladimir Putin noyabrın 13-də LDNR tələbələrinin tərxis olunması barədə göstəriş verib. Bu, respublikaların Rusiyaya birləşdirilməsindən əvvəl hərbi xidmətə çağırılmış tələbələrə aiddir.
Kremldən o da bildirilib ki, tərxis olunduqdan sonra tələbələrin təhsil yerinə qaytarılması təşkil olunacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB