Miqrantlar 5 gündən sonra xilas edilib

Miqrantlar 5 gündən sonra xilas edilib

Puerto-Rikoda insan alverçiləri tərəfindən qayalıqlarda qalan 12 miqrant xilas edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bölgəyə gələn xilasetmə qrupları 7 kişi və 5-i qadın olmaqla ümumilikdə 12 nəfərin qayalıqlarda qapalı vəziyyətdə qaldığını müəyyən edib.

Xilasetmə əməliyyatına başlayan qrup suya düşənləri sağ-salamat çıxarıb.

Haitili olduğu bildirilən qrup, 5 gün əvvəl insan qaçaqmalçıları tərəfindən qayaların üzərinə tərk edildiyini bildirib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə