Rus könüllülərə vəd olunan pul ödənilmir

Rus könüllülərə vəd olunan pul ödənilmir

Leninqrad vilayətindən könüllü olaraq Ukraynada hərbi əməliyyatların iştirakçılarına ödənişlər gecikdirilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukraynada döyüşmüş, yaralanandan sonra cəbhədə olduğunu sübut edə bilməyən könüllülərdən biri ilə danışıb.

Onun dediyinə görə, nədənsə döyüşməsi ilə bağlı sənədlər hərbi komissarlıqda yoxdur. Ona görə də indi nə tibbi yardım ala bilir, nə də haqqı olan “döyüş” sənədlərini.

Məsələn, Semyon Anufrikov həyat yoldaşı və kiçik oğlu ilə Vıborq yaxınlığındakı Svetoqorskda yaşayır. Müharibədən əvvəl mexanik işləyib. Sentyabrda həyat yoldaşını və oğlunu anasının yanına göndərən Semyon, özü çağırış komissiyasına gedib. Müqavilə bağlayıb. Əsas məqsədi isə pul qazanmaq olub.

Amma sonradan onunla müqavilənin müharibənin sonuna qədər müddətsiz bağlandığını əyrənib. Dediyinə görə. onu aldadıblar.

O, ay yarım döyüşüb və Krasnı Limandan geri çəkilərkən yaralanıb, hərbi hissədən arayışda onun “sol diz oynağının qapalı zədəsi” olduğu yazılıb. Anufrikovun sözlərinə görə, o, xəstəxanaya göndərilib, lakin az müalicə olunub. Səfərbərlik və könüllü müavinətlərin ödənilməsinə gəlincə, hərbi komissarlıqdan ona deyiblər ki, o, heç bir yerdə ödəniş üçün siyahıda yoxdur - nə könüllü, nə də müqaviləli əsgər kimi. Ümumilikdə, onun hesablamalarına görə, ona 300 min rubl ödənilməli idi.

Anufrikov bir ay yarımdan bir qədər çox döyüş bölgəsində olub. Onun dediyinə görə, hər yerdə hərbçilər dəhşətli şəraitdə, zəif təchizat altınad yaşayırlar.

Qeyd edək ki, Semyon Anufrikov hələ də döyüşdüyünə görə ödəniş alacağıan ümidlüdür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə