İrəvanda həkimi döyüblər

Ermənistanda dünyaya car çəkdikləri “erməni demokratiyasının bariz nümunələrindən” biri də dünən özünü İrəvanın mərkəzində büruzə verib. Belə ki, şəhərdəki tibb müəssisələrindən birinə hücum edən bir qrup, mühafizəçisini boş şüşə butulkalarla döydükdən sonra xəstəxanaya daxil olaraq həkimlərdən birini də “qanına qəltan” ediblər.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, hücumda 5-7 nəfərin iştirak etdiyi, onlardan birinin şəxsiyyətinin müəyyən edildiyi qeyd edilir.

Qeyd edək ki, hadisəni səhiyyə naziri Anahit Avanesyan pisləyib.

“Bu gün İrəvanda həmin an öz peşə borcunu yerinə yetirən həkimə qarşı növbəti zorakılıq hadisəsi baş verib. Baş verənləri pisləyirəm və proporsional cavab gözləyirəm”. Deyilənlərə görə bunu erməni nazir öz Facebook səhifəsində yazıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə